Bakıda dönərxana yanıb

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan obyektin (dönərxana) mətbəxində 1 ədəd mikrodalğalı soba və 1 ədəd stol yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.