https://news.day.az/azerinews/1812586.html Ukraynadakı diaspor rəhbəri medalla təltif olunub Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatının rəhbəri Mətləb Nəcəfovu qəbul edib. Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ukraynadakı diaspor rəhbəri medalla təltif olunub

Azərbaycanca, 28 января 2026 19:50 (UTC +04:00) 748
Ukraynadakı diaspor rəhbəri medalla təltif olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatının rəhbəri Mətləb Nəcəfovu qəbul edib.

Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə sədri xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb. Soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun əhəmiyyətli rol oynadığını qeyd edib və gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.

 

Sonra Mətləb Nəcəfova "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.

Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, gələcəkdə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəyini söyləyib.

Məlumat üçün qeyd edək ki, Mətləb Nəcəfov 2000-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatının rəhbəridir. O, Rusiya-Ukrayna münaqişəsi dövründə bir çox soydaşlarımıza yardım edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости