Nərgiz Paşayeva “Şərəf” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev N.A.Paşayevanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Nərgiz Arif qızı Paşayeva "Şərəf" ordeni ilə təltif edilir.