https://news.day.az/azerinews/1546145.html
İranda itkin düşən tələbəmizdən nə xəbər var? - RƏSMİ AÇIQLAMA
İranda itkin düşən tələbəmizdən nə xəbər var? - RƏSMİ AÇIQLAMA
İranda itkin düşən azərbaycanlı tələbədən məlumat yoxdur.
Day.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
"İrandan cavab gözləyirik. Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре