https://news.day.az/azerinews/1599025.html
Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-nun İrs Siyahısına daxil edilməsinə qarşı çıxıb
Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" hesabında bildirib.
Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-nun İrs Siyahısına daxil edilməsinə qarşı çıxıb

Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb.
Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" hesabında bildirib.
"UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir", - deyə qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре