Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı

Cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir.

Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

"Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.