Bu il avtobus marşrutları ilə sərnişin daşınması artıb

2024-cü ildə avtobus marşrutları ilə ümumilikdə 432 100 000 sərnişin daşınıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, bu ilki göstərici 2023-cü illə müqayisədə 6 faiz çoxdur.

Bundan əlavə, nağdsız marşrutlar üzrə 333 300 000 sərnişin daşınma qeydə alınıb.