https://news.day.az/azerinews/1738428.html
17 yaşlı qız kanalda BATDI
Bərdədə 17 yaşlı qız kanalda batıb. Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
17 yaşlı qız kanalda BATDI

Bərdədə 17 yaşlı qız kanalda batıb.
Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре