Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlandı

Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 2 tüfəng, 9 patron darağı və 558 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.