Binaların tikintisində Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb - Vüqar Məhərrəmov

Binaların tikintisində Şuşa daşlarından istifadə olunmuş və Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılmışdır
Bunu Trend-ə Şuşa şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov deyib.
O qeyd edib ki, hal-hazırda biz Şuşa şəhərinin mərkəzi küçəsi olan Qarabağ küçəsində dayanmışıq.
"Qarabağ küçəsində əvvəllər - sovet dövründə inşa edilmiş çox mənzilli binalar sökülmüş onun əvəzinə gördüyünüz çox gözəl memarlıq üslubuna uyğun olaraq binalar tikilir", - o əlavə edib.
Onun sözlərinə görə, binalar Dövlət özəl tərəfdaşlığı çərçivəsində tikilən binalardı ki, investorlar və dövlət tərəfindən tikilən on ədəd binadır:
"Həmin on ədəd binanın ikisinin sifarişçisi Şuşa Dövlət Qoruğu digər səkkizinin sifarişçisi isə investorlardı. Binalar otel tipli, apart otel tipli, ofis binaları, qeyri-yaşayış mekanlar və restoran kimi fəaliyyət göstərəcək. Binaların tikintisi zamanı yerli və beynəlxalq memarların tövsiyyələrindən istifadə olunmuşdur. Binaların tikintisində Şuşa daşlarından istifadə olunmuş və Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılmışdır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре