"WhatsApp"da ləqəb üzrə axtarışı funksiyası istifadəyə verilib

Məşhur mesajlaşma tətbiqi WhatsApp yeni funksiyasını təqdim edib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, artıq istifadəçiləri ləqəb (nik) vasitəsilə tapmaq və onlara zəng etmək mümkün olacaq.

 

Bildirilib ki, bu yenilik telefon nömrələrinin məxfiliyini qorumaqla istifadəçilərin əlaqə yaratmasını asanlaşdırır.

Funksiya Telegram-da olan oxşar xüsusiyyətə bənzəyir və yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacaq.