Türkiyə Super Kubokunda yarımfinal və final matçlarının püşkü atılıb

Türkiyə Super Kuboku oyunlarının püşkü atılıb.

Day.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən hansı matçın hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.

"Qalatasaray"la "Trabzonspor" arasındakı ilk yarımfinal görüşü gələn il yanvarın 5-də Qaziantep şəhərində baş tutacaq. "Fənərbaxça" - "Samsunspor" matçı 6 yanvar tarixində Adanada keçiriləcək.

 

Final oyunu isə yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.