Ermənistanın Konstitusiyasından ərazi iddialarının çıxarılması vacibdir

Sülh sazişinin imzalanması baxımından Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması və TRIPP öhdəliklərinin yerinə yetirilməsi vacibdir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistanın 30 il ərzində işğal dövründə törətdikləri cinayətlər üçün məsuliyyətə cəlb edilməsi istiqamətində işlər davam etdirilib.