ABŞ-da 5 mindən çox uçuş təxirə salınıb

ABŞ-ın şimal-şərqində yağan güclü qar səbəbi ilə 5 mindən çox uçuş təxirə salınıb və təxminən 700 uçuş ləğv edilib.

Day.Az xəbər verir ki, Nyu-York metropoliten ərazisində yerləşən üç əsas hava limanı ən çox zərər çəkənlər arasındadır. Ötən gün isə 8500-dən çox uçuş gecikib və 1700 reys ləğv edilib.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, Con Kennedi Beynəlxalq Hava Limanına uçuşlar şənbə səhəri orta hesabla təxminən iki saat təxirə salınıb.