“Azəriqaz”dan iddialara cavab - Kiminsə şübhəsi varsa...
Son günlər sosial şəbəkələrdə "Azəriqaz" İstehsalat Birliyinin abonentlərə istifadədən artıq ödənişlərin yazılması kimi iddialar səsləndirilir. Sosial şəbəkə paylaşımlarında qeyd edilir ki, istifadə edilmədiyi halda abonentlərə borc yazılır, həmçinin kartla ödəniş edənlərə qəbzlə ödəniş çeki gəlir və sair.
Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İB-dən məlumat verilib ki, "Azəriqaz" İB tərəfindən kiminsə istifadə etmədiyi qaza görə ödəniş tələb edilməsi qətiyyən mümkün deyil.
"Əgər hansısa abonentin "Azəriqaz" tərəfindən yazılan qəbzlərə şübhəsi varsa qurumun baş və ərazi üzrə ofislərinə, satış departamentinə müraciət edib həmin sayğacın təftişini həyata keçirə bilər. Bu ölkənin hüquq mühafizə orqanları, digər aidiyyəti qurumları var ki, "Azəriqaz" İB-nin nəzarət funksiyalarını yerinə yetirirlər".
Qurumdan əlavə edilib ki, bütün illərdə vətəndaşın şübhələri əsasında quruma müraciətlər olur və bu qəbildən olan müraciətlər də azlıq təşkil edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре