https://news.day.az/azerinews/1808673.html Moskvaya uçuş təxirə salındı - Xatirə 11 saat hava limanında qaldı Müğənni Xatirə İslam Moskvaya uçmaq üçün Bakıda hava limanında uzun müddət gözləməli olub. Sənətçi bildirib ki, uçuşun təxirə salınması onu çətin vəziyyətə qoyub. Day.Az xəbər verir ki, Xatirə sosial şəbəkədə paylaşım edərək 11 saatdır hava limanında qaldığını qeyd edib: "Artıq 11 saatdır hava limanındayam.

Moskvaya uçuş təxirə salındı - Xatirə 11 saat hava limanında qaldı

Azərbaycanca, 11 января 2026 14:20 (UTC +04:00) 364
Moskvaya uçuş təxirə salındı

Müğənni Xatirə İslam Moskvaya uçmaq üçün Bakıda hava limanında uzun müddət gözləməli olub. Sənətçi bildirib ki, uçuşun təxirə salınması onu çətin vəziyyətə qoyub.

Day.Az xəbər verir ki, Xatirə sosial şəbəkədə paylaşım edərək 11 saatdır hava limanında qaldığını qeyd edib:

"Artıq 11 saatdır hava limanındayam. Başda dedim, əgər bir saata uçuş açılmazsa, evə qayıdacam. Amma bu saatadək gözlədim. Ayaqlarım şişib, yorğunam. Yatsam yəqin yuxuma da girməzdi ki, 11 saat təyyarənin gecikməsini gözləyəcəyəm."

Müğənni əlavə edib ki, Moskva hava şəraiti səbəbindən bir çox uçuşlar təxirə salınıb və ya gecikib. Ona bildiriblər ki, onun uçuşu axşam saat 20:00-da baş tuta bilər. Xatirə İslam isə izləyicilərinə sonda "Allah özü salamatçılıq etsin" sözlərini deyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости