https://news.day.az/azerinews/1808928.html Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadıldı Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadılıb. Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadıldı

Azərbaycanca, 12 января 2026 18:10 (UTC +04:00) 337
Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadıldı

Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadılıb.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, bir sıra məhsullar üzrə qüvvədə olan idxal gömrük rüsumlarının dərəcələrinin 2025-ci ildə bitməsinə görə (bəzi malların idxal gömrük rüsumundan azadolmalar, bəzi məhsullar üzrə isə spesifik idxal və ixrac gömrük rüsumlarının tətbiqi) həmin rüsum dərəcələrinin qüvvədə olma müddətinin uzadılması nəzərdə tutulur.

Qərardakı mal qrupları ət məhsulları, süd məhsulları, tərəvəz, meyvə, meyvə və tərəvəz şirəsi, meyvəli içkilər, tütün, dəri məhsulları, tikinti materialları (alçıpan, daş yunu), hava filtri, keramika məhsulları və s. əhatə edir.

Bu Qərarın 1.6-cı və 1.7-ci bəndləri dərc edildiyi gündən 30 (otuz) gün sonra, digər bəndləri 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости