Britaniyada 30 min ev susuz qalıb
Böyük Britaniyanın cənub-şərq bölgəsində, Sasseks və Kent qraflıqlarında təxminən 30 min ev su çatışmazlığı ilə üzləşib.
AZƏRTAC "The Independent"ə istinadla xəbər verir ki, Tanbric Vells, Kenteberi və Meydston daxil olmaqla 10 poçt indeksində hələ də su ilə bağlı problemlər qalmaqdadır.
Bildirilib ki, su təchizatındakı problemlərin əsas səbəbləri arasında "Goretti" qasırğası, su xətlərinin partlaması və nasos stansiyasında baş vermiş elektrik kəsintisi var. Qeyd olunub ki, fırtına səbəbindən suyun normal həcmdə təmizlənməsi mümkün olmayıb. Bununla yanaşı, soyuq hava şəraiti Kent və Sasseksdə çoxsaylı su xətlərinin sıradan çıxmasına gətirib çıxarıb və içməli su ehtiyatları azalıb. Hazırda əhali üçün qablaşdırılmış su paylama məntəqələri yaradılıb. Su şirkəti təchizatı bərpa etməyə çalışsa da, bəzi sakinlərə suyun çərşənbə axşamınadək verilməyəcəyi barədə xəbərdarlıq edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре