Tramp İranla bağlı "bütün variantları" nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp hələ də İranla bağlı heç bir variantı istisna etmir.

Day.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Prezident [İrandakı vəziyyəti] yaxından izləməyə davam edir, eyni zamanda bütün variantları hələdə də nəzərdən keçirir", - deyə o, ABŞ-ın İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı suala cavab olaraq bildirib.

"Həqiqət budur ki, yalnız Prezident Tramp nə edəcəyini bilir və çox, çox kiçik bir qrup məsləhətçi onun bu barədə nə düşündüyünü bilir", - deyə K.Livitt əlavə edib.