https://news.day.az/azerinews/1810060.html Sərxanı xilas edən polkovnik-leytenant Mikayıl Gözəlovun oğlu imiş Dekabrın 25-i paytaxtın Səbail rayonunda baş vermiş qəzada 10 yaşlı Sərxana operativ kömək edərək onu dərhal xəstəxanaya çatdıran polis polkovnik-leytenantı Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş. Day.Az xəbər verir ki, bu barədə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova məlumat yayıb.

Sərxanı xilas edən polkovnik-leytenant Mikayıl Gözəlovun oğlu imiş

Azərbaycanca, 17 января 2026 13:15 (UTC +04:00) 416
Sərxanı xilas edən polkovnik-leytenant Mikayıl Gözəlovun oğlu imiş

Dekabrın 25-i paytaxtın Səbail rayonunda baş vermiş qəzada 10 yaşlı Sərxana operativ kömək edərək onu dərhal xəstəxanaya çatdıran polis polkovnik-leytenantı Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.

Day.Az xəbər verir ki, bu barədə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova məlumat yayıb.

O bildirib ki, Müşfiq Gözəlov Şuşanın sabiq icra başçısı Mikayıl Gözəlovun oğludur. M.Gözəlov 1991-ci ilin dekabrında icra başçısı ikən Şuşada müəmmalı şəraitdə qətlə yetirilib.

Qeyd edək ki, Müşfiq Gözəlov polis zabiti kimi bir sıra vəzifələrdə çalışıb, hazırda Daxili İşlər Nazirliyində məsul postlardan birini tutur.

Onun bacısı Səbinə Gözəlova isə 2023-cü ildə Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub.

Xatırladaq ki, yol qəzasından xəsarət alan 10 yaşlı Sərxan dünən xəstəxanadan evə buraxılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости