Bakıda dönərxanadakı yanğın söndürüldü

Bakıda dönərxanada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

xxx

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Day.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.