https://news.day.az/azerinews/1810805.html Ukraynanın Baş naziri enerji sahəsində göstərilən yardıma görə Azərbaycana təşəkkürünü bildirdi Ukraynanın Baş naziri Yuliya Sviridenko enerji sahəsində göstərilən yardıma görə Azərbaycana təşəkkürünü bildirib. Day.Az Trend-ə istinadən xəbər verir ki, Yuliya Sviridenko "Telegram" səhifəsində yaxın günlərdə Azərbaycan, Slovakiya və Çexiyadan əlavə enerji yüklərinin Ukraynaya çatdırılacağını qeyd edib.

Ukraynanın Baş naziri enerji sahəsində göstərilən yardıma görə Azərbaycana təşəkkürünü bildirdi

Azərbaycanca, 20 января 2026 23:06 (UTC +04:00) 337
Ukraynanın Baş naziri enerji sahəsində göstərilən yardıma görə Azərbaycana təşəkkürünü bildirdi

Ukraynanın Baş naziri Yuliya Sviridenko enerji sahəsində göstərilən yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Yuliya Sviridenko "Telegram" səhifəsində yaxın günlərdə Azərbaycan, Slovakiya və Çexiyadan əlavə enerji yüklərinin Ukraynaya çatdırılacağını qeyd edib.

Baş nazir yazıb: "Bütün tərəfdaşlarımıza davamlı dəstəyə və artıq göstərilən yardıma görə təşəkkür edirik".

O bildirib ki, təqdim olunan bütün yardımlar Ukrayna evlərində istilik və enerji təchizatının bərpasına, həmçinin Rusiya qüvvələrinin intensiv atəşləri nəticəsində zərər görmüş enerji obyektlərinin yenidən qurulmasına yönəldilir.

Onun sözlərinə görə, daha dörd ölkə Ukraynaya enerji yardımı paketləri təqdim etməyə hazırlaşır. Bundan əlavə, İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstək Fonduna 25 milyon avro məbləğində ianə edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости