https://news.day.az/azerinews/1812012.html "Gəlinim ingilis olsun, məni başa düşməsin" - Xalq artisti Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, estrada ulduzu oğlu ilə bağlı maraqlı açıqlama verib. Müğənni bildirib ki, övladı xarici ölkədə təhsil alacaq, lakin bunun müəyyən çətinlikləri var: "Övladım xaricdə təhsil alacaq.

"Gəlinim ingilis olsun, məni başa düşməsin" - Xalq artisti

Azərbaycanca, 26 января 2026 15:57 (UTC +04:00) 295
"Gəlinim ingilis olsun, məni başa düşməsin"

Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, estrada ulduzu oğlu ilə bağlı maraqlı açıqlama verib. Müğənni bildirib ki, övladı xarici ölkədə təhsil alacaq, lakin bunun müəyyən çətinlikləri var:

"Övladım xaricdə təhsil alacaq. Başqa ölkədə oxumağın öz xərcləri var, bilmirəm kiminlə və harada qalacaq. Amma həftədə yanına getməli olacağam".

Sənətçi açıqlamasında gələcək gəlin mövzusuna da yumorla toxunub:

"İstəyirəm, oradan bir qız tapsın, gəlinim ingilis olsun. Məni başa düşməsin, mən də onu başa düşməyim. Təkcə hi, bəsdir. Dili bilməsəm, mənə şikayət də edə bilməyəcəklər. Özləri dava edib, özləri barışacaqlar", - deyə Xalq artisti zarafatla bildirib.

Röya Ayxanın bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости