Metronun qarşısında

Bakının Xətai rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib.

Day.Az Sfera.az-a istinadən xəbər verir ki, hadisə Xətai metrostansiyasının qarşısında qeydə alınıb.

1975-ci il təvəllüdlü Məmmədli Elvin Nuru oğlu mübahisə zamanı hər iki ayağından bıçaqlanıb.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.