https://news.day.az/azerinews/1813841.html Azər Zahid "TikTok"a qayıtdı - etirafı ilə diqqət çəkdi - VİDEO Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəbəkələrdə aktivliyə başlayıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bir illik fasilədən sonra o, "TikTok" platformasında paylaşım edərək izləyicilərinin qarşısına çıxıb.

Azər Zahid "TikTok"a qayıtdı - etirafı ilə diqqət çəkdi - VİDEO

Azərbaycanca, 3 февраля 2026 17:37 (UTC +04:00) 463
Azər Zahid "TikTok"a qayıtdı - etirafı ilə diqqət çəkdi

Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəbəkələrdə aktivliyə başlayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bir illik fasilədən sonra o, "TikTok" platformasında paylaşım edərək izləyicilərinin qarşısına çıxıb.

Azər Zahid videoda üzünü birbaşa izləyicilərinə tutaraq yeni bir başlanğıca qərar verdiyini bildirib. Aparıcı qeyd edib ki, bu müddət ərzində çox düşünüb, yaşadıqlarını analiz edib və artıq tam fərqli formatda, daha düşündürücü məzmunla tamaşaçıların qarşısına çıxmağı planlaşdırır.

Səmimi açıqlamaları ilə diqqət çəkən Azər Zahid, dəyişdiyini və bundan sonra izləyicilərinə  faydalı və mənalı yayımlar təqdim edəcəyini vurğulayıb.

Teleaparıcının bu dönüşü sosial şəbəkələrdə maraqla qarşılanıb və onun yeni mərhələdə necə bir yol seçəcəyi izləyicilər arasında müzakirələrə səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости