https://news.day.az/azerinews/1826822.html Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasport almaq onlayn olacaq? Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı yeni mərhələ müəyyənləşdirilib.

Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasport almaq onlayn olacaq?

Azərbaycanca, 9 апреля 2026 12:59 (UTC +04:00) 410
Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasport almaq onlayn olacaq?

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı yeni mərhələ müəyyənləşdirilib.

Day.Az  Trend-ə istinadən xəbər verir ki, sözügedən xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçirilməsi planlaşdırılır.

Belə ki, Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə iyunun 1-dək xidmətlərin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməli, bu istiqamətdə konseptual sənəd hazırlayaraq aidiyyəti üzrə təqdim etməlidir.

Həmçinin, iyulun 1-dək qeyd olunan xidmətlərin konseptual sənədə uyğun şəkildə rəqəmsallaşdırılması təmin olunacaq.

Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə sentyabrın 15-dək xidmətlərin "mygov" platforması üzərindən istifadəyə verilməsini təmin etməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости