Azərbaycanla sülh Ermənistana “misli görünməmiş” iqtisadi imkanlar açır - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin iqtisadi inkişafın yeni mərhələsinə daxil olduğunu bildirərək bunu Azərbaycanla əldə olunan sülh və regional açılımla əlaqələndirib.
Day.Az "ArmenPress"-ə istinadla xəbər verir ki, Paşinyan bunu biznes nümayəndələri ilə görüşdə deyib.
O, yaxın gələcəkdə böyük dəyişikliklərin gözləndiyini vurğulayıb və xüsusilə TRIPP layihəsinin Ermənistanın uzunmüddətli blokadadan çıxmasında mühüm rol oynayacağını qeyd edib.
Paşinyanın sözlərinə görə, artıq Azərbaycan ərazisi vasitəsilə dəmir yolu yükdaşımalarının mümkün olması və gələcəkdə marşrutun tam açılması idxal-ixrac üçün etibarlı və davamlı imkan yaradacaq.
Baş nazir əlavə edib ki, 2018-ci ildən bəri Ermənistanın ÜDM-i real hesablamalara əsasən 53% artıb və iqtisadiyyat yeni mərhələyə qədəm qoyub. O, ölkənin tarixində heç vaxt bu qədər geniş imkanların olmadığını deyərək biznesi bu fürsətlərdən səmərəli istifadə etməyə çağırıb.
ABŞ vasitəçiliyi ilə formalaşan TRIPP layihəsinin isə regional əlaqələri gücləndirəcəyi, infrastruktur investisiyalarını artıracağı və uzunmüddətli iqtisadi faydalar yaradacağı gözlənilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре