https://news.day.az/azerinews/1840240.html Ölkəyə narkotikin gətirilməsinin qarşısı alınıb - FOTO İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Day.Az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Ölkəyə narkotikin gətirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycanca, 9 июня 2026 11:24 (UTC +04:00) 310
Ölkəyə narkotikin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Day.Az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Əməliyyat zamanı ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə, o cümlədən 27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin, həmçinin 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ölkəyə narkotikin gətirilməsinin qarşısı alınıb
  • Ölkəyə narkotikin gətirilməsinin qarşısı alınıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости