https://news.day.az/azerinews/1846655.html Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub

Azərbaycanca, 8 июля 2026 12:45 (UTC +04:00) 315
Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında iki mühüm sənəd imzalanıb.

İmzalanan sənədlərdən biri "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Saziş", digəri isə "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"dur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости