MyGov-da səsli xidmətlərin tətbiqi planlaşdırılır

Azərbaycanda MyGov platformasında səsli xidmətlərin tətbiqi nəzərdə tutulur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, MyGov platformasına "Voice-to-Text" və "Voice-to-Voice" texnologiyalarının inteqrasiyası planlaşdırılır.

R.Həsənov bildirib ki, bunun nəticəsində vətəndaşlar platformaya səsli müraciət etməklə ehtiyac duyduqları dövlət xidmətlərini ala biləcəklər.

Nazir müavini əlavə edib ki, bu yenilik dövlət xidmətlərinin daha əlçatan və rahat şəkildə təqdim olunmasına imkan verəcək.