https://news.day.az/azerinews/1848390.html
Avtobus aşdı - Yaralananlar var
Türkiyənin Amasya vilayətinin Merzifon rayonunda ikimərtəbəli sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb. Day.Az Haber Global-a istinadən xəbər verir ki, İstanbuldan Orduya hərəkət edən avtobus Sarıköy qəsəbəsi yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşaraq qəzaya uğrayıb.
Avtobus aşdı - Yaralananlar var
Türkiyənin Amasya vilayətinin Merzifon rayonunda ikimərtəbəli sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.
Day.Az Haber Global-a istinadən xəbər verir ki, İstanbuldan Orduya hərəkət edən avtobus Sarıköy qəsəbəsi yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşaraq qəzaya uğrayıb.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре