Pakistan Əfqanıstan sərhədində gərginlik yaşanıb - Ölənlər var
Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə yerləşən Qulistan bölgəsində Talibanın hücumunun qarşısını alıb.
Day.Az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, döyüş zamanı Pakistan təhlükəsizlik qüvvələri bir neçə əfqan silahlısını zərərsizləşdirib. Hadisə Pakistan-Əfqanıstan sərhədində vəziyyətin yenidən gərginləşməsinə səbəb olub.
Sentyabrın 23-də Pakistan Əfqanıstanın pilotsuz uçuş aparatlarının (PUA) hava məkanına daxil olduğunu açıqlayıb. İslamabad bunu "suverenliyin pozulması" və "təcavüz aktı" kimi qiymətləndirib. Buna cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstan ərazisində bu PUA-ların buraxılması və saxlanılması üçün istifadə olunan 10 obyektə havadan və pilotsuz uçuş aparatlarının köməyi ilə yüksək dəqiqlikli zərbələr endirib.
Pakistanın məlumatına görə, zərbələr nəticəsində 28 terrorçu məhv edilib. Rəsmi Kabil isə üç mülki şəxsin öldüyünü bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре