https://news.day.az/azerinews/1865184.html Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq - CƏDVƏL - FOTO Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 10 və 11-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq - CƏDVƏL - FOTO

Azərbaycanca, 7 октября 2026 11:36 (UTC +04:00) 323
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq

Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 10 və 11-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətdə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də həyata keçirilir.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı 18 mart 2023-cü ildən fəaliyyətə başlayıb.

Həmin tarixdən "Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə-Bakı sürətli qatarının marşrutunu Ağstafa stansiyasına qədər uzadıb və bununla Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişindaşımaya başlanılıb.

  • Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq
  • Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости