https://news.day.az/azerinews/1865627.html Gələn ay ardıcıl 4 gün iş olmayacaq Gələn ay 8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar 4 gün iş olmayacaq. Day.Az APA-ya istinadən, bu il 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir.

Gələn ay ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanca, 9 октября 2026 08:50 (UTC +04:00) 173
Gələn ay ardıcıl 4 gün iş olmayacaq

Gələn ay 8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar 4 gün iş olmayacaq.

Day.Az APA-ya istinadən, bu il 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bununla əlaqədar istirahət günü bilavasitə bayram günündən sonrakı iş günü olan 10 noyabra keçiriləcək.

Beləliklə, 7 noyabr şənbə günü olduğundan 4 gün ardıcıl - 7, 8, 9 və 10 noyabrda iş olmayacaq.

Xatırladaq ki, 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости