https://news.day.az/azerinews/1867898.html Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanca, 18 октября 2026 15:16 (UTC +04:00) 257
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək.

Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости