https://news.day.az/azerinews/1870726.html Tövlədə baş verən yanğında 7 ton ot bağlaması yandı - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Tövlədə baş verən yanğında 7 ton ot bağlaması yandı - VİDEO

Azərbaycanca, 30 октября 2026 09:30 (UTC +04:00) 304
Tövlədə baş verən yanğında 7 ton ot bağlaması yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan taxta konstruksiyalardan ibarət tövlə və ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости