https://news.day.az/azerinews/1873295.html Ukrayna ilə bağlı danışıqlar İstanbulda keçirilə bilər Türkiyə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların aparılması üçün zərurət yaranacağı təqdirdə İstanbul şəhərini yenidən platforma kimi təqdim etməyə hazırdır. "Cumhuriyyet" nəşrinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.  

Ukrayna ilə bağlı danışıqlar İstanbulda keçirilə bilər

Azərbaycanca, 9 ноября 2026 16:34 (UTC +04:00) 189
Ukrayna ilə bağlı danışıqlar İstanbulda keçirilə bilər

Türkiyə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların aparılması üçün zərurət yaranacağı təqdirdə İstanbul şəhərini yenidən platforma kimi təqdim etməyə hazırdır.

"Cumhuriyyet" nəşrinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

 

"İstanbulda yaratdığımız danışıqlar platforması, taxıl dəhlizi təşəbbüsümüz və əsirlərin mübadiləsində oynadığımız rol Türkiyənin sülh prosesindəki mühüm mövqeyinin misilsiz nümunəsidir. Zərurət yaranarsa, İstanbul şəhərini yenidən danışıqlar mərkəzinə çevirməyə və diplomatiyanın bütün imkanlarını səfərbər etməyə hazırıq",-deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Ukraynada sülhə nail olmağın mümkünlüyünə inandığını diqqətə çatdırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости