https://news.day.az/azerinews/1873533.html Baydenin üstünə süd paketi atdılar - VİDEO İrlandiyada Dublinin Triniti kollecinə baş çəkmiş keçmiş ABŞ Prezidenti Co Bayden və onun həyat yoldaşı Cil Fələstin tərəfdarı olan etirazçıların hücumuna məruz qalıb. Etirazçılar cütlüyün üzərinə süd paketləri atıb. Day.Az xəbər verir ki, bu barədə noyabrın 10-da "The Telegraph" qəzeti məlumat yayıb.

Baydenin üstünə süd paketi atdılar - VİDEO

Azərbaycanca, 11 ноября 2026 10:51 (UTC +04:00) 286
Baydenin üstünə süd paketi atdılar

İrlandiyada Dublinin Triniti kollecinə baş çəkmiş keçmiş ABŞ Prezidenti Co Bayden və onun həyat yoldaşı Cil Fələstin tərəfdarı olan etirazçıların hücumuna məruz qalıb. Etirazçılar cütlüyün üzərinə süd paketləri atıb.

Day.Az xəbər verir ki, bu barədə noyabrın 10-da "The Telegraph" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, etirazçılar "Ar olsun!", "Əlləriniz qana batıb!" və "Soyqırımçı Co" şüarları səsləndiriblər. Etirazçılardan biri isə "Biz soyqırımın iştirakçısı olmayacağıq. Co Baydenin bu kampusda olmasına icazə verilmir" deyə car çəkib.

Qeyd edək ki, Co Bayden 2021-2025-ci illərdə ABŞ-nin 46-cı prezidenti olub. O, 2021-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayıb, 2025-ci il yanvarın 20-də prezidentlik səlahiyyətlərini Donald Trampa təhvil verib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости