Bakıda maşın körpüdən aşdı - YENİLƏNİB - FOTO
Bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb.
Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.
XXX
10:58
Bu gün paytaxtın Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Babək prospekti üzərindəki körpüdə "Hyundai" markalı avtomobil idarəetmədən çıxıb.
Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.
Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.
Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре