Elm və Təhsil Nazirliyi dəstək xətti yaratdı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib.
Day.Az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.
Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək:
· Ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələlər;
· Elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər;
· Ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər.
Yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре