https://news.day.az/azerinews/1873672.html Arıqlama dərmanları görmə itkisi riskini artıra bilər – XƏBƏRDARLIQ ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) arıqlamaq üçün istifadə edilən GLP-1 qrupuna aid preparatların nadir göz xəstəliyi riskini artıra biləcəyi barədə xəbərdarlıq edib. Söhbət qəfil görmə zəifliyinə, bəzi hallarda isə daimi görmə itkisinə səbəb ola bilən qeyri-arteritik ön işemik optik neyropatiyadan (NAION) gedir.

Arıqlama dərmanları görmə itkisi riskini artıra bilər – XƏBƏRDARLIQ

Azərbaycanca, 12 ноября 2026 04:20 (UTC +04:00) 222
Arıqlama dərmanları görmə itkisi riskini artıra bilər

ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) arıqlamaq üçün istifadə edilən GLP-1 qrupuna aid preparatların nadir göz xəstəliyi riskini artıra biləcəyi barədə xəbərdarlıq edib. Söhbət qəfil görmə zəifliyinə, bəzi hallarda isə daimi görmə itkisinə səbəb ola bilən qeyri-arteritik ön işemik optik neyropatiyadan (NAION) gedir.

Day.Az xəbər verir ki, FDA-nın məlumatına görə, risklə bağlı xəbərdarlıq Ozempic və Wegovy də daxil olmaqla, bu qrupa aid preparatların istifadə təlimatlarına əlavə edilməlidir. Xəstəlik görmə sinirinin ön hissəsinə qan axınının azalması nəticəsində yaranır və adətən bir gözdə qəfil, ağrısız görmə zəifliyi ilə özünü göstərir.

Qurum bu dərmanları qəbul edən şəxslərə görmənin qəfil zəifləməsi, bulanıqlaşması, görmə sahəsinin bir hissəsinin itməsi və rəngləri fərqli görmə kimi əlamətlər yarandıqda dərhal həkimə müraciət etməyi tövsiyə edir. Qeyd edək ki, bu, nadir riskdir və preparatları həkimlə məsləhətləşmədən dayandırmaq olmaz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости