https://news.day.az/azerinews/1873891.html Çox şey itirə bilərsiz - Matviyenkodan İrəvana xəbərdarlıq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı verərsə, çox şeyləri itirə bilər. Day.Az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, təşkilata üzvlüyünü davam etdirmək və ya dayandırmaq qərarı İrəvanın öz ixtiyarındadır.

Çox şey itirə bilərsiz - Matviyenkodan İrəvana xəbərdarlıq

Azərbaycanca, 12 ноября 2026 15:17 (UTC +04:00) 271
Çox şey itirə bilərsiz

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı verərsə, çox şeyləri itirə bilər.

Day.Az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

Onun sözlərinə görə, təşkilata üzvlüyünü davam etdirmək və ya dayandırmaq qərarı İrəvanın öz ixtiyarındadır. Bununla belə, KTMT-dən çıxmaq Ermənistan üçün ciddi nəticələrə səbəb ola bilər.

"Bundan sonrası Ermənistanın öz hüququdur - KTMT-də üzvlüyünü davam etdirmək, ya yox. Hesab edirəm ki, əks qərar verəcəyi təqdirdə Ermənistan çox şeyləri itirəcək", - deyə o, Vyetnama səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Ermənistan 30 ildən çoxdur ki, hərbi blokun üzvüdür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости