https://news.day.az/azerinews/1873963.html Qaragilə beyin qan dövranını yaxşılaşdıra bilər – Araşdırma ABŞ-nin Kanzas Universiteti Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, müntəzəm qaragilə istehlakı yaşlı insanlarda beynin bəzi bölgələrinə qan axınını yaxşılaşdıra bilər.

Qaragilə beyin qan dövranını yaxşılaşdıra bilər – Araşdırma

Azərbaycanca, 13 ноября 2026 02:19 (UTC +04:00) 203
Qaragilə beyin qan dövranını yaxşılaşdıra bilər

ABŞ-nin Kanzas Universiteti Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, müntəzəm qaragilə istehlakı yaşlı insanlarda beynin bəzi bölgələrinə qan axınını yaxşılaşdıra bilər.

Day.Az xəbər verir ki, tədqiqatda 65-89 yaş arası 60 nəfər iştirak edib və üç ay davam edən müşahidə zamanı qaragilə qəbul edən qrupda müsbət dəyişikliklər qeydə alınıb.

Nəticələrə görə, qaragilə qəbul edən iştirakçılarda diqqət və qərarverməyə cavabdeh beyin bölgəsinə qan axını 7 faiz artıb. Digər iki bölgədə də müvafiq olaraq 7 və 6 faizlik artım müşahidə olunub. Alimlər bu təsiri giləmeyvənin tərkibindəki antosiyaninlərlə əlaqələndirirlər. Bu bitki birləşmələri damarların fəaliyyətinə müsbət təsir göstərə bilər.

Araşdırmanın müəllifləri qaragilənin yaşlılıqda beyin sağlamlığının qorunmasına kömək edə biləcəyini bildirirlər. Bununla belə, tədqiqat yaddaşın və diqqətin yaxşılaşdığını, yaxud demensiyanın qarşısının alındığını sübut etmir. Bu təsirlərin təsdiqlənməsi üçün əlavə elmi araşdırmalara ehtiyac var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости