https://news.day.az/azerinews/1874733.html Romelu Lukaku millidən getdi "Fənərbağça" klubunun hücumçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub. Day.Az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Lukaku milli komandada keçirdiyi 16 ili möhtəşəm təcrübə kimi dəyərləndirib və Belçika millisinin azarkeşlərinə təşəkkürünü bildirib.

Romelu Lukaku millidən getdi

Azərbaycanca, 16 ноября 2026 16:29 (UTC +04:00) 275
Romelu Lukaku millidən getdi

"Fənərbağça" klubunun hücumçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub.

Day.Az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Lukaku milli komandada keçirdiyi 16 ili möhtəşəm təcrübə kimi dəyərləndirib və Belçika millisinin azarkeşlərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Romelu Lukaku Belçika millisində debütünü 2010-cu il martın 3-də Xorvatiya yığmasına qarşı oyunda edib. O, milli komandanın heyətində keçirdiyi 135 matçda 94 qol vuraraq Belçika tarixinin ən məhsuldar futbolçusu olub.

Lukaku 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Belçika millisi ilə bürünc medal qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости