https://news.day.az/azerinews/1875321.html Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 18-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanca, 18 ноября 2026 17:37 (UTC +04:00) 374
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 18-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər oktyabrın 30-da keçirilmiş Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılmış məsələlərin icrasını, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətlərini nəzərdən keçiriblər.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости