https://news.day.az/azerinews/1875447.html Ağır qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş.

Ağır qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO

Azərbaycanca, 19 ноября 2026 09:49 (UTC +04:00) 269
Ağır qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş

Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Opel" markalı avtomobillə toqquşan "Tofaş"da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.

Qəzada Sənanın 8 yaşlı qızı Güllər və 2018-ci il təvəllüdlü bacısı oğlu Məhəmməd də ölüb. Onun həyat yoldaşı 30 yaşlı Türkan Dərgahquliyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Ağır qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости