https://news.day.az/azerinews/1876468.html
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
Kürdəmirdə yol qəzası olub. Day.Az xəbər verir ki, rayonunun Şilyan kəndi ərazisində Göyçay şəhər sakini, 2006-cı il təvəllüdlü Rəsul İsmayılovun idarə etdiyi "VAZ 2107" markalı avtomobili idarəetməni itirərək aşırıb.
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
Kürdəmirdə yol qəzası olub.
Day.Az xəbər verir ki, rayonunun Şilyan kəndi ərazisində Göyçay şəhər sakini, 2006-cı il təvəllüdlü Rəsul İsmayılovun idarə etdiyi "VAZ 2107" markalı avtomobili idarəetməni itirərək aşırıb.
Nəticədə sürücü və sərnişinləri- Göyçay şəhər sakinləri, 1993-cü il təvəllüdlü N.Məmmədov, 2002-ci il təvəllüdlü İ.Məmmədova və 2025-ci il təvəllüdlü L.Məmmədova xəsarət alıblar.
Fakt araşdırılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре