https://news.day.az/azerinews/1876757.html Rusiya Finlandiya ilə sərhəddə hərbi gücünü artırır Rusiya NATO ilə sərhəd yaxınlığında hərbi infrastrukturunu genişləndirməyə davam edir. Belə ki, Leninqrad vilayətində, Kamenka qəsəbəsində yerləşən ən böyük sərhədyanı hərbi qarnizon modernləşdirilir. Burada hərbçilərin sayının 11 min nəfərə çatdırılması planlaşdırılır.

Rusiya Finlandiya ilə sərhəddə hərbi gücünü artırır

Azərbaycanca, 24 ноября 2026 15:23 (UTC +04:00) 184
Rusiya Finlandiya ilə sərhəddə hərbi gücünü artırır

Rusiya NATO ilə sərhəd yaxınlığında hərbi infrastrukturunu genişləndirməyə davam edir. Belə ki, Leninqrad vilayətində, Kamenka qəsəbəsində yerləşən ən böyük sərhədyanı hərbi qarnizon modernləşdirilir. Burada hərbçilərin sayının 11 min nəfərə çatdırılması planlaşdırılır.

Day.Az xəbər verir ki, "Yle" telekanalının peyk görüntülərinə istinadən verdiyi məlumata görə, 69-cu qvardiya motoatıcı diviziyasının yerləşdiyi hərbi şəhərciyin ərazisində köhnə kazarmalar və anqarlar sökülərək yeniləri ilə əvəz olunur. Həmçinin təlim mərkəzi və atış poliqonu inşa edilir.

Əvvəllər Kamenka qəsəbəsində təxminən 4,5 min nəfərlik briqada yerləşirdi. Ukraynada müharibə başlayandan sonra həmin briqadanı diviziya əvəz edib. Hazırda qarnizonda təxminən 8 min nəfər yaşayır.

"Yle"nin məlumatına görə, yenidənqurma işləri Kareliya, Murmansk və Leninqrad vilayətlərindəki digər hərbi obyektləri də əhatə edib. Rusiya uzun müddət məhdud şəkildə istifadə olunan həmin obyektləri də bərpa edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости