https://news.day.az/azerinews/1876970.html Bakıya gələn “Barselona” futbolçusunun baqajında nə var idi? - FOTO İspaniyanın "Barselona" futbol klubunun oyunçusu Jül Kunde "Sabah"la oyun keçirmək üçün Azərbaycana yola düşməzdən əvvəl sosial şəbəkə hesabında foto paylaşıb. Day.Az xəbər verir ki, fotoda bir neçə portativ "PlayStation" konsolu əks olunub.

Bakıya gələn “Barselona” futbolçusunun baqajında nə var idi? - FOTO

Azərbaycanca, 25 ноября 2026 12:27 (UTC +04:00) 149
Bakıya gələn “Barselona” futbolçusunun baqajında nə var idi?

İspaniyanın "Barselona" futbol klubunun oyunçusu Jül Kunde "Sabah"la oyun keçirmək üçün Azərbaycana yola düşməzdən əvvəl sosial şəbəkə hesabında foto paylaşıb.

Day.Az xəbər verir ki, fotoda bir neçə portativ "PlayStation" konsolu əks olunub. İnternet istifadəçiləri futbolçunun komanda yoldaşları ilə birlikdə səfər zamanı Bakıda da GTA VI oynayacağını ehtimal ediblər.

Jül Kunde 1998-ci il noyabrın 12-də Fransanın paytaxtı Parisdə anadan olub. Fransa millisinin üzvü olan futbolçu müdafiəçi mövqeyində çıxış edir, həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi kimi oynaya bilir. O, 2022-ci ildən İspaniyanın "Barselona" klubunun formasını geyinir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması 2026-cı il noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

  • Bakıya gələn “Barselona” futbolçusunun baqajında nə var idi?
  • Bakıya gələn “Barselona” futbolçusunun baqajında nə var idi?
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости