Qazaxda ana və oğul partlayışda yandı – Yaralı oğul Bakıya gətirilir
Qazax rayonun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın detalları məlum olub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
"Ceyran sobası"ndan (çuqun qaz sobası) istifadə edən ev sakini D.Kəlayeva qaz təchizatının dayandırılmasından xəbərsiz olub. Qazı açıq qoyaraq yatıb. Qadının oğlu işdən evə qayıtdıqdan sonra qazı yandırmağa cəhd edib və nəticədə yığılan qazın alışması ilə partlayış baş verib.
Hadisə zamanı qadın üz nahiyəsindən, onun oğlu isə əl və ayaqlarından yanıq xəsarətləri alıb. Məlumata görə, qadının vəziyyəti qənaətbəxşdir, oğlu isə müalicə üçün Bakıya gətirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре